Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim

0
303

Bu gün Beyləqan rayon Aşıqlı kənd şəhid İbadlı Ramin Qubad oglunun mövludu qeyd olundu.

Tədbirdə Beyləqan şəhid ailələri , Qəbələ şəhid ailələri, qazilər , rayon sakinləri, ruhanilər, təşkilat rəhbərlıri, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyin rəhbəri, şəhid İlqar Qurbanovun adına 2 saylı kənd tam orta məktəbin müəllimi Abasova Aləmsər müəllim öz şagirdləri ilə iştirak etdi.

Şəhidin valideynləri gələn qonaqlara öz təşəkkürünü bildirmişdir.

Əvvəlcə şəhidin məzarı önünə gül dəstələri qoyulmuş ruhuna dualar oxunmuşdur.

Məktəblilər kompazisiya nümayiş etdirmiş, şeirlər söyləmişdilər.

Məktəblilərə, şəhid ailələrinə ,qazilərimizə,şəhid ailələri və qazilərimizə dəstək olan xeyirxah insanlara təşkilatımızın fəxri diplomları verilmişdir.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.
Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova.

“Xarıbülbül Ədəbi Məclisinin,” Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri