Vərəmin qarşısının alınmasında yeni era: İnnovativ peyvəndin sınaq tarixi AÇIQLANDI

0
81

“Vərəmə qarşı yeni peyvənd 2025-ci ildə könüllülər üzərində sınaqdan keçiriləcək”.

Bu barədə Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qinsburq bildirib.

Onun sözlərinə görə, bu, müasir tibb üçün ən mühüm problemdir.

“Hesab edirəm ki, vərəmə qarşı yeni preparatın yaradılması kliniki sınaqların üçüncü mərhələsindədir. Preparat ilk mərhələlərdə vərəm əleyhinə BCG (Bacillus Calmette-Guerin) peyvəndi ilə birlikdə işləyəcək, zamanla, düşünürəm ki, onu əvəz edəcək”, – deyə o qeyd edib.

Qinsburq əlavə edib ki, yeni peyvənd prinsip etibarilə bu xəstəliyin epidemiologiyasını dəyişdirməlidir.

Qeyd edək ki, mütəxəssislər tərəfindən hazırlanmış vərəm əleyhinə “GamTBvac” vaksininin yeniyetmə və böyüklərin təkrar peyvəndlənməsi üçün istifadə edilməsi nəzərdə tutulur.

Vərəm xəstəliyi hələ də dünyada ən çox yayılmış və ölümcül xəstəliklərindən biridir.