Azərbaycanlı üzgüçü Vəli İsrafilov ölkəmizə Tokio Yay Paralimpiya Oyunlarında 11-ci qızıl medalı qazandırıb.
Oxu.Az-ın xəbərinə görə, 18 yaşlı Vəli 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1:04.86 nəticə göstərərək Paralimpiya rekordunu qırıb.https://player.baku.tv/embed/43204
Vəli İsrafilov bu nəticə ilə qızıl medal qazanıb. O, Azərbaycanın Paralimpiya çempionu olan ən gənc idmançısı olub.
Bununla da Azərbaycanın medallarının sayı 16-ya, qızıl medallarının sayı 11-ə çatıb. Ölkəmiz hazırda medal sıralamasında 10-cu sıradadır.