Vəfat etmiş şəxslərin vərəsələrinə birdəfəlik ödəmə necə təyin olunacaq?

0
267

Dövlət başçısının Fərmanının icrası olaraq və Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun şəkildə bu gündən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr təyin olunur.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarından həmin dövrədək hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, həmçinin sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan 11 minədək şəxsə həmin birdəfəlik ödəmələr təyin edilib.

E-sistemlərdə, habelə müvafiq arxivlərdə aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün e-qaydada ödəmə təyin edilməyən şəxslər, habelə birdəfəlik ödəmə almaq hüququ olan vəfat etmiş şəxslərin vərəsələri də onlara dair müvafiq məlumatlar e-sistemə daxil edildikdən sonra həmin sosial ödənişlərlə təmin olunacaqlar.

Bunun üçün qeyd olunan şəxslərə bu posterlərdə göstərildiyi qaydada müraciət edərək sənədləri təqdim etmələri tövsiyə olunur.