Uzunömürlülüyün SİRRİ: hər gün…

0
399
Uzunömürlülüyün SİRRİ: hər gün...

Uzunömürlülük üçün gündə 5 dəfə yemək lazımdır.

Çinli alimlər araşdırmalar nəticəsində bu qənaətə gəlib.

Mütəxəssislər pəhrizdə 2 porsiya meyvə və 3 porsiya tərəvəz məsləhət görür.

Belə bir pəhriz ürək-damar, xərçəng və digər xəstəliklərin olma ehtimalını azalda bilər.

Eyni zamanda, alimlər vacib bir məqamı qeyd edir: porsiya sayının artması pəhrizin effektivliyinin azalmasına səbəb olur.

Əlavə olaraq nəzərə alınmalıdır ki, bütün meyvə və tərəvəzlər uzunömürlülüyü artırmaq baxımından faydalı deyil.

Məsələn, qarğıdalı və kartof ölümcül xəstəlik riskini azaltmır. Ancaq ispanaq, sitrus meyvələri, yerkökü, giləmeyvə sağlamlığın qorunmasına əhəmiyyətli dərəcədə kömək edir.