“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov Şuşadan reportajlar təqdim etməkdə davam edir.
O bu dəfə dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin Şuşadakı ev muzeyində olub. T.İmanov böyük ürək ağrısı ilə evin dağılmış divarlarını göstərib. O, bu tarixi əhəmiyyətli yerin tezliklə Azərbaycan hökuməti tərəfindən bərpa olunacağına əminliyi bildirib.
Həmin videonu təqdim edirik: