Son 28 gündə dünyada COVID-19-a yoluxma halları və ondan ölənlərin sayı müvafiq olaraq 77% və 66% azalıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son epidemioloji icmalında deyilir.
2023-cü il yanvarın 30-dan fevralın 26-dək 4,8 milyondan çox yeni yoluxma və 39 mindən çox ölüm qeydə alınıb ki, bu da əvvəlki 28 günlə müqayisədə 76% və 66% azdır. İndiyədək dünyada 758 milyondan çox COVID-19-a yoluxma hadisəsi və 6,8 milyondan çox ölüm təsdiqlənib.
Daha əvvəl ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus, hökumətlərin bu il COVID-19 pandemiyasına son qoymaq üçün lazımi vasitələrə sahib olduğunu söyləyib.