Vaksinlə bağlı dünyada 100-dən çox sınaq aparılıb.
Bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib.
“Bir vaksin tamamilə etibarlı deyilsə, geniş əhaliyə tətbiq etmək olmaz. Bu ilin sonuna qədər vaksinin insanlara tətbiq olunmasını planlaşdırırıq”, – Harmancı bildirib.
O qeyd edib ki, karantin rejiminin yumşaldılması virusun bitməsi mənasına gəlmir:
“Tövsiyə edilən qaydalara əməl edib, pandemiya bitənə qədər özümüzü qorumalıyıq”.