ÜST tibbi maskaların koronavirusdan qorumadığını elan etdi

0
505

Tibbi maskalar müdafiəyə zəmanət vermir və sağlam adamların onlardan istifadəsinə ehtiyac yoxdur.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəsmi nümayəndəsi Tarik Yazareviç bəyan edib.

“Mövqeyimiz dəyişməyib… Simptomu olanlar başqalarının müdafiəsi üçün maska taxmalıdır. Həmçinin xəstələrə qulluq edən insanlar, məsələn, evdə maska taxmalıdır”, – deyə, o bildirib.

Yazareviç vurğulayıb ki, maska özü-özlüyündə koronavirusa yoluxmadan xilas etmir.

ÜST nümayəndəsinin sözlərinə görə, maskadan digər müdafiə tədbirləri ilə yanaşı istifadə edilməlidir.

“Problem bundadır ki, maska taxan insanlar təhlükəsizlikdə olduqlarını güman edirlər. Bu zaman əllərin yuyulması kimi başqa vacib tədbirləri unuda bilərlər”.

O əlavə edib ki, maska taxılsa belə, üzə toxunmaq olmaz.