ÜST rəhbərindən qorxunc PROQNOZ: Yeni pandemiya gəlir?

0
76

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus yeni pandemiya xəbərdarlığı edib.

O, növbəti pandemiyanın özünü çox gözlətməyəcəyini deyib.

“Gec-tez yeni pandemiya baş verəcək və bu nəzəri risk deyil, epidemioloji əminlikdir”, – Qebreyesus qeyd edib.

Onun sözlərinə görə, yeni bir pandemiya 20 il sonra və ya sabah da ola bilər:

“Amma bu baş verəcək və hər halda hazır olmalıyıq. Rəsmi olaraq 7 milyon insan COVID-19-dan öldü, lakin biz həqiqi rəqəmin 20 milyon olduğunu təxmin edirik. İnsan itkisinə əlavə olaraq, pandemiya 10 trilyon dollardan çox qlobal iqtisadi məhsulu məhv etdi”.