ÜST rəhbəri yeni təhlükəli COVİD ştamlarının yaranacağını proqnozlaşdırır

0
446
epa09224773 Tedros Adhanom Ghebreyesus, Director General of the World Health Organization (WHO) waits for the arrival of Swiss Interior and Health Minister Berset before a bilateral meeting to signs BioHub Initiative with a global Covid-19 Pathogen repository in Spiez laboratory on the sideline of the opening of the 74th World Health Assembly, WHA, at the WHO headquarters, in Geneva, Switzerland, 24 May 2021. EPA-EFE/LAURENT GILLIERON

SARS-CoV-2 mutasiyasını davam etdirir və bu səbəbdən də onun yeni təhlükəli ştamlarının yaranacağı gözlənilir.

Bunu Cenevrədə keçirilən brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Tedros Adanom Qebreyesus bəyan edib.

O, bildirib ki, hazırda virusun daha çox təhlükə doğuran dörd növü mövcuddur – “alfa”, “beta”, “qamma” və “delta”.

Təşkilat rəhbərinin sözlərinə görə, onlardan “hindistan ştammı” kimi tanınan sonuncusu artıq 132 ölkədə yayılıb.