Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus koronavirusun süni, laboratoriya mənşəyi barədə məlumatı şərh edib.
Bu barədə “Daily Mail” məlumat yayıb.
“Düşünürəm ki, insanlar bu virusun haradan gəldiyini öyrənməlidirlər. Onların buna haqqı var. Bu bizə gələcəkdə pandemiyanın təkrarlanmasının qarşısını almaq üçün lazımdır”, – deyə ÜST rəhbəri G7 liderlərinin sammitində bəyan edib.
Onun sözlərinə görə, SARS-CoV-2-nin mənşəyi ilə bağlı istintaqın ilkin mərhələlərində Çin kifayət qədər “şəffaflıq və əməkdaşlıq” göstərməyib. Baş direktor hər bir fərziyyənin nəzərə alınmalı olduğunu bildirib.
“Xüsusilə işlənilməmiş məlumatların mübadiləsi ilə bağlı çətinliklər var idi… Ümid edirik ki, növbəti mərhələdə əməkdaşlıq daha yaxşı təşkil olunacaq”, – deyə ÜST rəhbəri qeyd edib.