ÜST elan etdi: “HAZIR OLUN”

0
268

COVİD-19 bütün dünyaya yayıldı və gələcəkdə yoluxmalar daha da artarsa, təəccüblənməməliyik. Yayılma davam etdikcə virus mutasiyaya davam edə bilər. Mutasiyaların sayına və ilkin məlumatlara görə virusun digər variantlarından daha yoluxucu ola bilər, odur ki, həyəcan təbili çalmağa dəyər. Məhdudlaşdırıcı tədbirlər onun yayılmasını gecikdirə bilər, lakin biz yeni artımlarına hazırlaşmalıyıq.

Bu sözləri ÜST-ün Asiya Sakit Okean üzrə Regional Direktoru Takeşi Kasai deyib.

Vaksinasiyanın virusa və onun variantlarına qarşı ən təsirli vasitə olduğunu vurğulayan Kasai qeyd edib ki, peyvənd nisbətinin yüksək olduğu bölgələrdə, xüsusilə də tibb işçiləri arasında ölüm və yoluxma hallarını azalda bilərik. Direktorun sözlərinə görə, peyvənddən əlavə maskalar və sosial məsafə təsirli üsullardır.