ÜST-dən vərəmlə bağlı xəbərdarlıq – Rekord yoluxma

0
26

Ötən il dünyada 8,2 milyon insana yeni vərəm diaqnozu qoyulub. Bu isə ÜST tərəfindən indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir.

Qurumun yaydığı məlumata görə, diaqnoz qoyulan xəstələrin əksəriyyəti Cənub-Şərqi Asiya, Afrika və Qərbi Sakit Okean regionunda yaşayır.

Dünyada hər üç vərəmə yoluxma halından ikisi bu səkkiz ölkənin payına düşür:

Hindistan, İndoneziya, Çin, Filippin, Pakistan, Nigeriya, Banqladeş və Konqo Demokratik Respublikası.