ÜST-dən qızılca ilə bağlı TƏCİLİ ÇAĞIRIŞ

0
155

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Avropa regionunda qızılcaya 30 mindən çox yoluxma halı qeydə alıb.

ÜST-ün Avropa ofisinin yaydığı xəbərdarlıqda ötən ilin ilk 10 ayı ərzində yoluxma hallarının bir il əvvələ nisbətdə 30 dəfə artdığı açıqlanıb. Təşkilat ölkələri təcili immunizasiya kampaniyaları aparmağa çağırıb.

ÜST-ün məlumatında qeyd olunub ki, xəstəliyə yoluxmaların kəskin artması qızılca peyvəndi vurulanların sayının azalması ilə əlaqəlidir.