
Vaksinlərin koronavirusun yeni ştammına qarşı effektivliyi məsələsi narahatlıq doğurur.
Bunu ÜST-ün Avropa regionu üzrə nümayəndəsi Hans Klüqe bildirib.
Klüqe qeyd edib ki, koronavirusun digər, daha problemli mutasiyalarının peyda olacağı istisna edilmir.
Onun sözlərinə görə, Avropa birgə səylərlə peyvənd kampaniyasını sürətləndirməlidir:
“Biz prosesi sürətləndirmək üçün birləşməliyik. Adətən bir-biri ilə rəqabət aparan əczaçılıq şirkətləri istehsal güclərini birlikdə artırmalıdır. İndi bu, bizim üçün çox vacibdir”.