ÜST-dən məyusedici peyvənd açıqlaması

0
464

Koronavirusla bağlı təqribən 200 peyvəndin sınaqları davam edir. Onların faydalı olacağına dair heç bir zəmanət yoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus videokonfrans üsulu ilə mətbuat konfransında çıxışı zamanı belə deyib.

“Hazırda inkişaf  prosesində olan hər hansı bir peyvəndin faydalı olacağına heç bir zəmanət verə bilmərik”, – deyə o vurğulayıb.

Qebreyesus epidemiya ilə əlaqədar peyvənd və müalicə proqramına (ACT Accelerator) dəstək istəyib. Onun sözlərinə görə, proqram üçün 35 milyard lazımdır, ancaq indiyə qədər cəmi üç milyard toplanıb:

“ÜST-ün COVID-19 peyvəndi və müalicəsində hədəfə çatması üçün təcili 15 milyard dollara ehtiyac var”.

ÜST rəhbəri hədəflərinin 2021-ci ilin sonuna qədər iki milyard doza peyvənd əldə etmək olduğunu bildirib.