Koronavirus dünyada endemik olaraq qala bilər.
Publika.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Proqramının direktoru Mayk Rayn deyib.
Təşkilatın keçirdiyi videokonfransda sualları cavablandıran Rayn koronavirusu QİÇS-lə müqayisə edib: “Bunu masaya qoymağın əhəmiyyətli olduğunu düşünürəm: bu virus toplumda endemik olaraq qala, çıxıb getməyə bilər. QİÇS də getmədi və şərtlərə uyğunlaşdıq. Ancaq ona qarşı müalicə tapa bildik. Artıq insanlar ondan əvvəlki kimi qorxmur. Lakin kimsə COVID-19-un nə zaman yox olub-olmayacağını belə bilmir”.
M.Rayn koronavirusa qarşı ən effektiv mübarizənin peyvənd olacağını dilə gətirib.