ÜST-dən bu ölkəyə çağırış: məlumatları paylaşın!

0
18

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un meydana çıxmasından beş il sonra bu xəstəliklə mübarizənin və onun öyrənilməsi istiqamətində davam edən səylərin nəticələrini açıqlayıb.

ÜST xatırladıb ki, 2019-cu il dekabrın 31-də Çin Ölkə Ofisi Uhan Bələdiyyə Səhiyyə Komissiyasının saytında şəhərdə “virus pnevmoniyası” halları ilə bağlı mətbuata açıqlama aşkarlayıb.

“Növbəti həftələr, aylar və illərdə COVID-19 həyatımızı və dünyamızı dəyişdi”, – BMT agentliyi bildirib.

Dünya üzrə SARS-CoV-2 virusunun səbəb olduğu 777 074 803 yoluxma və yeddi milyondan çox ölüm halı təsdiqlənib. “COVID-19-un mənşəyini öyrənə bilməyimiz üçün Çini məlumatları paylaşmağa və onlara çıxışı təmin etməyə çağırmağa davam edirik”, – ÜST bəyan edib.

“Bu, mənəvi və elmi imperativdir. Ölkələr arasında şəffaflıq, məlumat mübadiləsi və əməkdaşlıq olmadan dünya gələcək epidemiya və pandemiyaların qarşısını adekvat şəkildə ala və onlara hazırlaşa bilməz”, – bəyanatda deyilir.