Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreisus dünyada COVID-19 əleyhinə hazırlanmış peyvəndlərə universal çıxışı təmin etmək üçün nə qədər pulun lazım olduğunu deyib.
O təkcə peyvəndlərin 100 milyard dollardan çox pul tələb edəcəyini bildirib.
Bununla yanaşı, o qeyd edib ki, aprel ayında aparılan maliyyə yığımı tələb olunan məbləğin cəmi 10%-ni toplamağa imkan verib:
“Bu, hər kəsin hər yerdə bu vasitələrdən istifadə etməsini təmin etmək üçün lazım olan qlobal sərmayənin yalnız bir hissəsidir”.