Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində 59 356 körpənin doğulması qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Rəqəmlər ölkəmizdə doğulan oğlan uşaqlarının sayının qızlara nisbətən çox olduğunu göstərir. Məhz doğulan uşaqların cinsi nisbətində pozulmaya görə Azərbaycan Çindən sonra dünyada ikinci yerdədir. Əsas səbəb isə ölkəmizdə valideynlərin dünyaya qız uşağı gətirmək istəməmələridir.
“Mənə qalan oğlum olacaq, qız özgə evinin çırağıdır” – Bu kəlməni ya öz evimizdən, ya qonşudan, ya da qohumdan çoxumuz eşitmişik. Təəssüf ki, günümüzdə də bu düşüncəyə malik yetərincə ailə var. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən isə problemin əsas səbəbi öncədən cinsiyyətin öyrənilməsidir ki, bu da nəticədə qız övladlarının selektiv abortuna gətirib çıxarır və artıq bu məsələdə dünya təcrübəsindən yararlanmaq lazımdır.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: