
Koronavirusun “Omikron” ştammı ilə xəstələnən uşaqlarda ən çox bronxiolit əlamətləri – kiçik bronxların iltihabı müşahidə olunur.
Bu barədə rusiyalı pediatr Yelena Tısyaçnaya bildirib.
Onun sözlərinə görə, xəstə uşaqların nəfəsi xırıltılı, səs-küylü olur. Astma tutmaları mümkündür. Öskürərkən bəlğəm çətin xaric olur.
Mütəxəssis əlavə edib ki, qusma və ishal baş verə bilər. “Omikron”da temperatur adətən 38 və ya 38,5 dərəcə olur.