Uşaqlarda kökəlmənin qarşısını necə alaq? – Pediatr izah edir

0
472
Uşaqlarda kökəlmənin qarşısını necə alaq? - Pediatr izah edirƏksər valideynlər uşaqlarının kökəlməsi üçün əlindən gələni edir və adətən də buna lap balaca yaşlardan başlayırlar. Bir çox valideyn elə hesab edir ki, köklük və çox yemək sağlamlıq əlamətidir. Mütəxəssislər isə hesab edir ki, uşaqları çox yeməkdən qorumaq lazımdır və kökəlmələrinin qarşısı alınmalıdır.

Uşaqları həddindən artıq çəki almaqdan qorumaq üçün düzgün qidalanma ilə bərabər, qidalanma şəklinə və gündəlik hərəkətlərə diqqət yetirməkdə lazımdır:

“Uşaqların həddindən artıq çəki almaması üçün diqqət edilməsi vacib olan bir necə nüans var. Yemək hər gün eyni vaxtda olmalıdır. Bütün ailə üzvləri birlikdə yemək yeməlidir və yemək yeyərkən söhbət etmək lazımdır. Bu, çox yemənin qarşısını alır.

Valideynlər uşaqların sevimli məşğuliyyətləri olmasına diqqət yetirməlidr. Mümkün qədər bu məşğuliyyətlər hərəkətli olmalı və uşaq bu işlə məşğul olarkən lazımi qədər hərəkət etməlidir. Valideynlər çalışmalıdır ki, uşaqlarında yeni hobbilər, məşğuliyyətlər tapmaqda onlara yardım etsinlər. Bu uşağı daha da həvəsləndirir”.

Pediatr bildirib ki, uşaqların sağlam qidalanması üçün valideynlərin də eyni formada qidalanması və uşaqlara örnək olması önəmlidir:

“Günün müəyyən bir hissəsini bir neçə dəqiqəlik idman üçün ayırmaq lazımdır. Bu zaman valideynlər də idman edərək uşaqlara nümunə olmalıdır. Uşaqları TV-yə baxmaqdan, kompüter oyunları oynamaqdan, bir sözlə, passiv həyat tərzi keçirməkdən uzaq tutmaq vacibdir”.