Uşaqlarda DAVRANIŞ POZUNTUSU necə yaranır?

0
1072
Sevgidən, qayğıdan əziyyət çəkən uşaqlarda ciddi psixopatoloji problem yaranır.
Körpələrə qarşı diqqətsiz münasibət onların yetkinlik yaşlarında müxtəlif problemlərə gətirib çıxarır.
Valideynlər bilməlidir ki, uşaqlara vaxt aymamaq gələcəkdə ciddi psixoloji səbəblərə yol aça bilər. Mütəxəssislərin qənaətinə görə, hətta uşaq ana bətnindəykən artıq onunla nəvazişlədavranmaq lazımdır.
Psixopatoloji problemə səbəb nədir, necə ortaya çıxır?
Psixopatoloji problemə genetik ekoloji və ailə təsirləri də səbəb ola bilər. Məsələn, autizm, təcavüz, əhvalın olmaması, yuxusuzluq, hiperaktivlik, intihar aktları – bunlar hamısı uşaqlıq psixopatoloji problemlərindən əmələ gəlir.
Bu xəstəliklər vaxtında müayinə edilib, müalicəsi aparılmalıdır. Xəstəlik nə qədər tez aşkar edilərsə, müalicəsi də bir o qədər asan olar. Ana ilə körpə arasında sağlam dostluq münasibəti olmadığında utancaqlıq, qorxu və təcavüz kimi davranış pozğunluqları ortaya çıxır. Bu gün hər bir problemin keçmişə bağlı təməli var.
Körpələri necə qorumaq olar?
Valideynlər uşaqlarına vaxt ayırmalı, boş vaxtlarında onlarla söhbət etməli, problemlərini birlikdə həll etməyə çalışmalıdır. Onların kimlərlə dostluq etdiyini diqqətdə saxlamalıdırlar, lakin bunu edərkən uşaqları sıxmaq, təzyiq göstərmək olmaz.