Uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətlərinə görə cəzalar sərtləşdirildi

0
156

Uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətlərinə görə cəzaların sərtləşdirilib.

Prezident İlham Əliyev Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə müvafiq qanunu təsdiqləyib.

Belə ki, qanunla Məcəllənin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsinə dəyişiklik edilib.

Dəyişikliklə zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə görə 4 ildən 8 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Məcəllənin bu günə qədərki variantında isə qeyd edilib ki, bu əməlləri törədənlər 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təsdiqlənən digər bir dəyişikliklə isə zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə görə eyni əməllər – yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Həmçinin seksual xarakterli məqsədlərlə uşaqları təqib edənləri 3 ilədək həbs cəzası gözləyəcək.

Bununla bağlı Cinayət Məcəlləsinə yeni – 171.2-ci (Seksual xarakterli məqsədlərlə uşaqların təqib edilməsi) maddəsi əlavə edilib.

Yeni maddəyə əsasən, yetkinlik yaşına çatmış şəxs tərəfindən on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, seksual xarakterli hərəkətlər etmək və ya uşaq pornoqrafiyasının istehsalı məqsədilə həmin şəxsin on dörd yaşına çatmadığını bilə-bilə ona informasiya və kommunikasiya texnologiyaları vasitəsilə görüş təklif etməklə bu görüşün baş verməsi üçün praktiki hərəkətlər edildikdə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.