Uşaqlar çox yatır, dırnaqları sınır, ağız yaraları əmələ gəlir – Həkimdən HƏYƏCAN TƏBİLİ

0
137
Three years old boy playing on the busy board at his psychotherapy session.

“Uşaqlarda ancaq yatmaq hissi, yorğunluq varsa, inkişafdan geri qalırsa, deyə bilərik ki, vitamin çatışmazlığı var. Valideynlər dərhal həkimə müraciət etməlidirlər”.

Bu sözləri Səhiyyə Nazirliyinin “Instagram” səhifəsində canlı yayımda Nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Həkim bildirib ki, bəzi uşaqlarda C vitamini çatışmazlığından bədəndə, ağızda yaralar əmələ gələ bilər:

“Uşaqlarda dərialtı qansızmalar olursa, qolu, ayağı harasa dəyəndə anında göyərirsə, bu da A, C vitaminlərinin çatışmazlığından xəbər verir”.

Həkimin sözlərinə görə, immun sistemi zəif olan uşaqlarda dırnaqlarda qırılmalar ola bilir ki, buna da diqqət etmək lazımdır.