Uşaqlar ən çox hansı hərfləri tələffüz edərkən çətinlik çəkirlər? – AÇIQLAMA

0
173

Uşaqlar çox vaxt “l”, “y”, “s”, “j”, “ş” səslərinin tələffüzündə çətinlik çəkirlər.

Bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, loqoped Aygün Ələkbərova nazirliyin “Instagram” səhifəsində canlı yayım zamanı uşaqlarda nitq qüsurları barədə məlumat varərkən deyib.

Həkim bildirib ki, valideynlər daha çox uşaqlarının “r” və “y” səslərini tələffüz edə bilmədiklərini deyirlər:

“Əslində, uşaqlar “r” səsini daha çox beş yaşdan sonra rahat tələffüz edirlər. Bu yaşa qədər uşaqları məcbur etmək lazım deyil ki, “r” səsini düzgün desinlər. Buna görə loqopedə müraciət etmək lazım deyil. Bu hərflərin tələffüzü ardıcıllıqla getmir axı. Yəni hərflərin tələffüzünün gecikməsi o demək deyil ki, onlarda nitq qüsuru var. Beş yaşa qədər “l”, “y”, “s”, “j”, “ş” səslərini rahat tələffüz edirsə, bu normaldır. Yox, etmirsə, o zaman loqopedə müraciət etmək olar”.