Uşaq taekvondoçularımız ilk dəfə Avropa çempionatında iştirak edəcək

0
392

Almaniyanın Zindelfinqen şəhərində uşaq taekvondoçular arasında Avropa birinciliyi keçiriləcək.

Yarışda 10 azərbaycanlı uşaq idmançı medallar uğrunda mübarizə aparacaq.

Belə ki, 7-8 dekabrda keçiriləcək yarışda “Ümid” taekvondo klubundan Mehdi Budaqlı (-27 kq), Fərid Quşxani (-35 kq), Təhsil-Sumqayıt komandasından Aydın Süleymanov (-32 kq), Aydın Məhərrəmli (-35 kq), Elmira Bayrak (-22 kq), Xanım Məmmədova (-32 kq), Gədəbəy komandasından Süleyman Həsənov (-24 kq), Sevil Bağırova (-29 kq), “Əmin” taekvondo klubundan Mürşüd Qasımov (-39 kq) və Fövqəladə Hallar Nazirliyindən Tamerlan Yaqubov (-29 kq) iştirak etmək üçün artıq Almaniyaya yollanıb.

Qeyd edək ki, uşaqların Avropa çempionatında Azərbaycan ilk dəfə təmsil olunacaq.