Uraldakı soydaşlarımız hərbçilərimizin müalicəsi üçün bahalı tibbi avadanlıq göndərdi

0
431

Ural Federal Dairəsinin Azərbaycan diasporu yanıqların müalicəsində istifadə olunan iki ədəd “Dermatom” tibbi cihazı və onlara əlavə materialları alaraq Bakıya göndərib. 
Cihazlar Diasporla İş üzrə Dövlət Komitəsinin vasitəsilə yaralanan mülki şəxslərin və Azərbaycan Ordusunun hərbçilərinin müalicəsi üçün artıq müvafiq ünvana yola salınıb. Sverdlovsk vilayətinin “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski bildirib ki, həmin tibbi avadanlıq həkimlərin zərər çəkmiş şəxslərə keyfiyyətli tibbi yardım göstərməsinə kömək edəcək. O, əlavə edib ki, yüksək texnoloji avadanlıqların alınmasına bir qrup soydaşımız birlikdə vəsait sərf edib və bundan sonra da xalqımızla bir yerdə olacağıq.

Ural Federal Dairəsinin Azərbaycan diasporu təcavüzkar erməni ordusunun təxribatlarından zərər çəkənlərə yardım və dəstək göstərməkdə davam edir. Belə ki, diaspor üzvləri Müdafiə nazirliyinin yardım fonduna xeyli vəsait köçürüb və əsgərlərə humanitar yardım göndəriblər.

Soydaşlarımız Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü zamanı zərər çəkən mülki şəxslərə, eləcə də əsgərlərə və onların ailələrinə bundan sonra da humanitar yardım göstərməyə hazır olduqlarını diqqətə çatdırıblar.