Ürəyi xəstəliklərdən qoruyan məhsullar

0
340

“Ürək-damar xəstəlikləri dünyada ən çox yayılan xəstəliklərdən biridir. Buna görə profilaktika üçün həkimlər sağlam həyat tərzi sürməyi və düzgün qidalanmağı məsləhət görürlər”.

Tibb elmləri doktoru Nana Poqosova bildirib ki, yeməklər müxtəlif olmalıdır, çünki heç bir qida növündə orqanizm üçün lazım olan bütün maddələr toplanmır:

“Hər şeydən əvvəl, balıq. Hər hansı bir balığı yeyə bilərsiniz, ancaq yağlı okean balığına üstünlük verilməlidir (tərkibində omeqa-3-çox doymamış yağ turşuları olduğu üçün – Red). Həftəlik 200 – 300 qram yeyilməlidir. Gündəlik qida rasionunda təxminən 500 qram tərəvəz və meyvə də olmalıdır”.ƏTRAFLIOptimal Sərfəlidi

Onun sözlərin görə, noxud və lobya da insan orqanizmi üçün faydalıdır:

“Onların tərkibində A, B1, B6, C vitaminləri və bir çox bitki zülalı var. Mütəmadi yaşıl noxud istehlakı xərçəngin yaranma riskini azaldır, bədəndəki yenilənmə proseslərini stimullaşdırır. Bütün dənli bitkilər faydalıdır. Xüsusilə bu bitkilərin tərkibində qan damarlarının divarlarını gücləndirməyə kömək edən mis və flavonoid var”.

Bundan başqa, yeməyin harada və necə hazırlanması çox vacibdir. Belə ki, evdə hazırlanan yeməklər ümumiyyətlə ictimai iaşə yeməklərindən 500 kalori azdır.