Ürəkdə sancı, iynə, bıçaq batırma hissi – SƏBƏBLƏR, MÜALİCƏ

0
489
Ürəkdə sancı, iynə, bıçaq batırma hissi – SƏBƏBLƏR, MÜALİCƏ

Əksər insanlar hər gün ürəyində öndən və arxadan qəfildən sanki ürəyinə iynə, bıçaq salındığını və sancı olmasından şikayətlənir. Çox zaman bu insanlar gənc və orta yaşlılar olur.

Ürəkdə ara-sıra sancı, batma kimi hisslərin səbəbi təkcə ürəklə bağlı olmaya da bilər.

Ürəkdə deşici ağrının mümkün səbəblərini təqdim edir:

Ürək nahiyəsində istənilən ağrı, sancı birbaşa ürək-damar problemləri, onurğa və onurğa sütunu problemləri, mədə və ağciyərlərdən qaynaqlana bilər.

Bəs necə bilmək olar ki, problem ürəkdə yox, ayrıdır?

Bunun üçün evdə ağrının xarakterini izləmək lazımdır. Əgər ağrı ürəkdəndirsə, onun üçün sakit və ya hərəkətli vaxtın önəmi yoxdur. İnsan uzananda da. sakit halda da, gəzəndə də sancı olur.
Yox əgər ağrı ancaq qəfil hərəkət edəndə, gəzəndə, oturub qalxanda və ya əsəbləşəndə olursa, bu daha çox başqa səbəblərdəndir.

Ürək ağrısının özəlliyi:

– Ağrı zəif başlayır, yüksəlir, sonra qəfil itir. Ürək ağrısı bir neçə dəqiqə olur. Digər ağrılar isə daimi olur və saatlarla, daha uzun müddət davam edir.

– Nitreqlisirinlə sınaq – əgər ürəyin işemik problemi varsa, nitreqliserini dilin altına qoyan kimi ağrı kəsilir. Bu zaman ürəkdən şübhələnmək olar.

– Əgər ağrı insan hərəkət edəndə əzələlərə, qabırğalara kəskin vurursa, əzələlərin spazmı baş verirsə və üstəlik xəstə ağrını izah edir, göstərir, aktiv hərəkət edirsə, deməli onun ürəyi yox, qabırğalararası siniridir.

Çünki ürək xəstəsinin danışmağa və aktiv nəyisə izah etməyə halı olmur və o ağrını ümumiyyətlə izah edə bilmir.

– Ürək ağrısında xəstə konkret olaraq bir nöqtəni göstərir və kənar heç bir fikir söyləmir. Eləcə də onun tənəffüsündə dəyişiklik olur.

Ürəkdən gələn ağrının digər əlamətləri:

– Ürək ritmi, vurğusunun ya kəskin azalması, ya artması
– Baş hərlənmə
– Soyuq tər

– Təngnəfəslik
– Dodağın, bənizin ağarması
– Ürəkbulanma
– tərləmə
– Bayılma hissi

Ürəyə bıçaq batırma ağrısının digər səbəbləri:

– Boyun və döş qəfəsində onurğa problemləri, ostexondroz
– Vegetativ distoniya, nevrozlar, taxikardiya, stress, təşviş

– Qalxanvari vəzdə problemlər
– Hər hansı virus xəstəlikləri

– Ağciyərlərin iltihabı, plevrit
– Aortanın tutulması və ya yırtılması

– Mədədə qastrit, rüflüks, QERB – turşuğulun artması, diafraqmal yırtıq
– Miozit – əzələlərin iltihabı
– Stenokardiya – damarların spazmı, qan dövranı pozulması

Bu kimi ağrılarda birinci kardioloqa gedilib yoxlanılır, daha sonra nevroloq digər səbəbləri araşdırır.