“Uotford”-“Çelsi” matçı yarımçıq dayandırıldı, futbolçular meydandan çıxarıldı

0
244

İngiltərə Premyer Liqasının 14-cü turunda “Uotford”-“Çelsi” matçı yarımçıq dayandırılıb.

Oyunun 13-cü dəqiqəsində futbolçular hakim Devid Kutun diqqətini tamaşaçılardan birinə tibbi yardım göstərilməsinin vacibliyinə yönəltdikdən sonra qarşılaşmada fasilə yaranıb. Bu yöndə ilk təşəbbüs göstərən “Çelsi”nin müdafiəçisi Markos Alonso olub.

Azarkeşə tibbi yardım göstərilərkən futbolçular hakimin göstərişi ilə meydanı tərk ediblər.