UNUDULMAZ GÖRÜŞLƏR

0
232

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası Yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc xanım Əliyevanın təşkil etdiyi tədbirdə müxtəlif ölkələrdən,o cümlədən Misirdən, Hollandiyadan İsveçdən ,Almaniya, Niderland, Moskva və s.yerlərdən. gəlmiş ziyalı
qadınlarımız,elm və Əməkdar İncəsənət xadimləri , müxtəlif İB- lərin nümayəndələri iştirak edirdilər.
Giriş sözü ilə çıxış edən Sevinc xanım konfransı açıq elan etdi.İştirakçılar Dövlət Himnimizi oxudular.
Sevinc xanım xarici ölkələrdə fəaliyyət göstərən diasporaların həmin ölkələrdə dilimizin tədrisi və təbligi sahəsində göstərdikləri məsələlərdən ətraflı söhbət açdı..Müzakirələr zamanı çıxış edənlər yaşadıqları ölkələrdə bu sahədə işin aparılmasında qarşıya çıxan problemlərdən danışdılar.Belə ki, dərsliklərin, kitabların kifayət qədər olmamasını nəzərə çatdırdılar.
Niderlanddan gələn Kəmalə xanım Cəlilova uşaq ədəbiyyatının əldə olunmasında qarşılaşdıqları çətinliklərdən,”Xan Qızı Natəvan”DAQİB- nin Kemerova,Yekaterinburq və d.şəhərlərindən gəlmiş nümayəndələrdən Təranə xanım,Kəmalə xanım, Tünzalə xanım və b.müxtəlif probllemlərlə üzləşdiklərini dinləyicilərin nəzərinə çatdırdılar.Müzakirələrdə iştirak edənlərin təklifləri də dinlənildi.Dünya Azərbaycanlıllarının Mədəniyyət Mərkəzinin EŞ-nın sədri,”Tərəqqi” medallı ” İlin müəllimi”,”Yazarlar” yurnalının İƏ üzrə meneceri, AJB- nin üzvü ,” XanQızı Natəvan”iB – nin üzvü Nəzakət Eminqızı dinlənilənləri nəzərə alaraq bəzi məsələlərin açıqlanmasının zəruriliyini bildirdi.O, çıxışında ibtidai sinifllərin dərsliklərindəki nöqsanları sadaladı.Ümumiyyətlə,xaricdə yaşayan kiçikyaşlılarla dilin tədrisində metodik vəsaitin azlıgından və ya olmamasından,dərsliklərdə bizim görkəmli şairlərimizin uşaqların yaş səviyyəsinə görə asan qavranılan şeirlərin dərsliklərdən çıxarılmasından, sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsi üçün ssenarilərin yenidən işlənilib paylanılmasını təşkil ediməsini təmin etməyi vacib hesab etdi.Burada yazıçı-publisist, şair Zaur Ustacın uşaq ədəbiyyatı ilə baglı kitablarından da istifadə edilməsi məsləhət bilindi.
Tədbirlər üçün kostyumların
hazırlanmasında rənglərə diqqət yetirməyi də nəzərə alınmasıni qeyd etdi.Çünki, Novruz bayramında Rusiyada keçirilən tədbirdə üç gülün ifasında mavi qırmızı və sarı rəngli kostyumlardan istifadə olunmuşdu.Niyə sarının əvəzinə yaşıl rəngli paltardan istifadə edilməyib- deyəndə cavab bu rəngdə parçanın olmadığını demişdilər.Əslində burada da düşmənin incə siyasətinin əli olması qərarına gəlmək olardı…..
Və ya 20 yanvar qırgınına həsr olunmuş, ” Xocalı soyqırımı”na və s.aid tədbirlərin keçirilməsinə imkan verilmirmiş….Bunların.nə demək oldugunu da anlamaq asandìr….
Qeyd olunmuş problemlərin həllində müəyyən köməkliyin olacağı nəzərə alındi.
Kostyumlarla əlaqədar Əməkdar İncəsənət xadımı Fəxriyyə xanım Xəıəfova danışdı.O ,eyni zamanda Xurşud Banu Natəvana həsr olunmuş sənədli filmin nümayişini də təşkill etdi.Belə ki, həmin filmdə baş rolun ifaçısı elə Fəxriyyə xanım idi.Möhtəşəm filmi izləyən hər kəs çox kövrəldi..XanQızı ozü tikdirdiyi bulağın suyunu içə bilməmişdi….
Sonda DAMM-nin l vitse prezidenti Ruhiyyə Poladova Sevinc Əliyevaya və Fəxriyyə Xələfovaya Azərbaycan Ədəbiyyatının və Mədəniyyətinin inkişafındaki xidmətlərinə görə DAMM- nın Fəxri Diplomlarını təqdim etdi..Sonda xatirə şəkilləri çəkildi.
Növbəti gün AYB- də xalq yazıçısı Çingiz Abdullayevlə qonaqların görüşü keçirildi.Xarici ölkə nümayəndələri və təmsilçiləri ilə dəyirmi stol DAMM – də təşkil edilməsi məqsədəuygun sayıldı…..

Nəzakət Eminqızı,

yazıçı- publisist,AJB -nin üzvü.