Unudulmaz agrılı illərimiz……..Xocalı…

0
998

Qarabağımızın düşmən işğalından azad edilməsində canlarını qurban vermiş şəhidlərimiz haqqında nə qədər danışsaq da, yazsaq da yenə azdır..Belə ki ,bu yazımda Ağdamın Milli Qəhrəmanlarından ,şəhidlərindən söhbət açacağıq..
Bildiyimiz kimi Ağdamın Milli Qəhrəmanları dedikdə gözümüz önünə xüsusi əməliyyatları ilə fərqlənən cəsur, çevik, düşmənə sərt və qəddarlıqlarına görə riskə gedərək,ölümün gözünə qorxmadan baxıb onlardan yerindəcə qisasını alan,öz zəhmi ilə onları qorxudan”Qarabağın Aslanı”adlanan Allahverdi Bağırov,Şirin Mirzəyev,Asif Məhərrəmov(Fred Asif),Muxtar Dadaşov,Əlif Hacıyev,Adil Quliyev,Hidayət Rüstəmov,Rövşən Hüseynov,Nadir Əliyev,Canpolad Rzayev,Yelmar Adilov,Natiq Əhmədov,Fazil Mehdiyev,İxtiyar Qasımov,Faiq Ağayev,Baxşeyiş Paşayev və Əlabbas İsgəndərov gəlir….
Yalnız Ağdamın bu qədər Milli Qəhrəmanı varsa, deməli bu şəhərin onlardan da çox şəhidləri,qaziləri var…..Bu göstəricilər xalqımızın vətənə məhəbbətinin, torpaqlarımızın erməni işğalçılarından azad edilməsində canlarını qurban verən mübariz döyüşkən,igid oğullarımızın vətənpərvər olduqlarının,doğma Qarabağımızın düşmən işğalından azad edilməsində öz şəxsi mənafelərini düşünmədən qanları ilə ,canları ilə Vətən uğrunda Şəhidlik zirvəsinə ucalmaları qəhrəmanlıq simvolunun bariz nümunəsidir….
Bu yazıda onlardan biri Allahverdi Bağırov, onun Ağdamın , Xocalının əhalisi üçün gördüyü fədakarlıqdan,Xocalı soyqırımında 1500 dən çox əsir və girovlarımızın necə azad etdiyindən ,canlı şahidlərin dediklərinə əsasən bəzi məsələlərə aydınlıq gətirməyə çalışacayıq …..
Allahverdi Bağırov 1946 cı ildə aprelin 22- sində Ağdamda anadan olmuşdur.Hələ kiçik yaşlarından zirək,dürüst olmağı ilə,mərdliyi, haqsızlığa qarşı amansız olması, idmana-xüsusən futbola böyük marağı olmuşdur.O, dostlarını toplayıb voleybol, yüngül atletika ilə də məşqul olurdu.İdmanın müxtəlif növləri üzrə keçirilən yarışların təşkilində fəal iştirak edirdi.Ondakı təşkilatçılıq, liderlik bacarığı gələcəkdə batalyon komandiri kimi də özünü təsdiq etdi..
O Ağdamın “Qarabag” futbol komandasının şərəfini qoruyurdu.
1976 cı ildə klubun baş məşqçısi olmaqla Ümumittifaq birinciliyində Azərbaycanın 4-cü yerə çıxmasında da onun səylərinin nəticəsi olmuşdur.
O, oyunçularına da dürüst olmağı öyrətmişdi.
1991- ci ildə Ağdam əhalisi tərəfindən və öz şəxsi vəsaiti hesabına Qarabağın kəndlərində yaradılmış özünü müdafiə dəstələrini döyüş silah-sursatı ilə təmin etməklə yaxından öz köməyini etmişdi..
Allahverdinin qardaşı Eldar Bağırovun komandiri oldugu 845 ci Hərbi hissə Ağdam ərazi özünümüdafiə taboru idi.760 nəfərlik bu tabor”Vətən ogulları”adlanırdı.
Ermənilər Azərbaycanda daimi qalmaları barədə yazdıqları məktubu MMə aparan Eldar evinin qarşısında müəmmalı şəkildə öldürülmüş,cibindəki məktub isə yoxa çıxmışdı..
1992 ci ilin yanvarında qardaşının ölümündən sonra saqqal saxlayaraq bu batalyona rəhbərlik edir.
Allahverdi həmin zaman düşmənin Naxçıvanik kəndində düşmən qüvvələrini darmadağın etdi.150 nəfərlik ordusu ilə Əsgəran qalasınadək irəliləmiş, Pircamal kəndindəki bütün yüksəklikləri tutaraq erməni bayraqlarını üçrəngli bayraqlarımızla əvəz etməsi cəmi 2 saata olmuşdu.Bu əməliyyata görə o,”general Məhəmməd Əsədov”adına mükafatla təltif olunmuşdu…
Allahverdi hər hansı bir kəndimizi azad etmək əməliyyatına getməzdən əvvəl döyüşçülərinə sərt və ciddi şəkildə tapşırırdı ki, biz torpaqlarımızı azad etməyə gedirik, qarət etməyə yox!Kim belə hərəkət etsə öz doğma oğlum, qardaşım olsa belə bağışlamayacağam!!!
1992-94cü illərdə Ağdamda dəstələr çox idi..Ermənilər Xanxəndi Əsgəran,Xocalı ilə Malıbəyli arasını kəsmişdilər.Onu da qeyd edək ki,düşmən ərazilərimizi hələ 1991-ci ilin noyabrından blokadaya almışdılar…
Allahverdi Bagırov 1992-ci ildə Əlif Hacıyev və Adil Quliyevlə çalışırdı.O dövrdə batalyonda telefonçu işləyən Dürdanə xanım Xocalı soyqırımının törədildiyi o gecəni dəhşətlə xatırlayaraq deyirdi ki, ermənilər bizi qorxudaraq türklərin kökünü kəsəcəkləri ilə hədələyirdilər..
Anası onu işdən çıxmağa məcbur etsə də qız hərbi işdən ayrılmır…
Fevralın 25 -dəki qətliamda vəhşicəsinə güllələnmiş, başları kəsilmiş,bədən üzvləri doğranmış ,gözləri çıxarılmış, qızıl dişləri agzında dogranaraq çıxarılıb çənələri parçalanmış xocalıların cəsədləri arasında qalan Dürdanə əsir düşmüşdü..
Qeyd etdiyimiz kimi 845- ci müdafiə dəstəsinə Allahverdi komandirlik edirdi.
Xocalıdakı bu qəddarlıq, vəhşilik onda nifrət hissini daha da coşdurmuşdu..O,burada Asəf Məhərrəmov ( Fred Asif),Əlif Hacıyev,Tofiq Hüseynov,Şirin Mirzəyev,Adil Quliyev,Yaqub Rzayev(“Qatır Məmməd”) kimi qəhrəmanlarımızla döyüş əməliyyatlarını aparırdı..
Ermənilər Xocalını 3 tərəfdən mühasirəyə almış yalnız bir yolu-meşə yolunu açıq qoymuşdular ki, əhali buradan qaçanda ,onları asanlıqla tam məhv edə bilsinlər..Əhali
Şellidən, Mantar dagından , Qarqar çayından keçib Kərkiyə ,Malıbəyliyə və Ağdama getməliydilər.
Bu hadisələrdən sonra onunla ,ailəsi ilə çörək kəsmis futbolçu dostu Vitalık Balasanyanla sərt olmuşdur.Qız gəlinin dərisinin soyulması,hamilə qadının qarnını yararaq uşağını dogramış və
qarnına 4 pişik balasını qoyub tikdikləri,9 yaşlı qız uşağını zorakılıqla öldürdüklərini, xocalıları toplayaraq diri -diri üstlərinə benzin tökərək yandırmaları və s.heç bir insanlıga, kişiliyə yaraşmadığını Vitalikə deyəndə- ” onları biz etməmişik,rusların 336 cı alayı edib-desə də Allahverdi ona məhv edilmiş və əsir düşmüş ermənilərin,Suriyadan gəlmiş ermənilərin kimin olduğunu soruşanda Vitalik lal olmuş,cavab verə bilməmişdi….
Allahverdi bunun qisasını almağın yollarını planlaşdırırdı….
Xocalı şəhərində 7 mindən çox əhali yaşayıb.Onların yarısı demək olar ki , elə birinci gün- fevralın 25 -ində öldürülmüş, girov götürülmüşdü.(Yeri gəlmişkən qeyd edək ki girovların başına gətirdiklərini şahidlərin sözlərindən eşidərkən adam huşunu itirir..quyuya atıb elektrik cərəyanını buraxmaq, daş dolu maşından başına daşları ataraq həzz almaqları,dıırnaqlarını çıxarıb qollarını qızmış dəmir armaturla yandırıb üstünə kislota tökmələri və s və i..saymaqla bitmir..hətta həmin əsirləri Qızıl Xaç -ın əməkdaşları gələndə -de ki, yıxılmışam.mənə yaxşı baxırlar dedirdirdilər.. Donuzlara yem verdirir, murdarların qabağından qalan “otxodları”əsirlərə verirdilər.)
Mətbuatda Xocalının 613 nəfərinin qətlə yetirildiyi deyilir ,hansı ki,bu say minlərlədir
Bunları görən, eşidən..Allahverdi Vitalikə daha da nifrət edirdi..O ,əsirləri incitməməyi,onlarla insan kimi davranmağı tələb edirdi…
Eyni zamanda düşmən tərəf bütün vəhşilikləri çəkirdilər ki ,”türklər bizi qırdılar, biz məzlum xalqıq”-deməyə razılaşırdılar. Bu tərəfin çəkilişlərinə qadağa qoyulmuşdu..
Allahverdi Vitaliklə razılaşaraq çəkilişə görə Seyidağa Mövsümlü və Çingiz Mustafayev üçün icazə almışdı..
Ermənilər Allahverdidən ehtiyat edirdilər. O, əsir və meyitlərin siyahılarını dəqiqləşdirilərək onları tez təhvil vermələrini tələb edirdi! 3 gün ərzində gündə 3-4 dəfə 19 cu posta gedərək onların dəyişdirilərək qaytarılmasına nail olurdu .Belə ki onların Ağdama daşınmaları üçün rayon mərkəzindən avtobusların gətirilməsini təmin edir, ölənləri məsciddə yuduzdurub yiyələrinə təhvil verir, yiyəsi tapılmayanları qəbristanlıqda dəfn etdirirdi.
O, 2 erməni leşi ilə 20 əsirimizi də dəyişə bilib.
Ümumilikdə 1500 dən çox əsirlərimizin qaytarılmasına nail olmuşdu..
Hətta Vitalikdən üzünü görmədiyi əsir telefonçunu tələb edərək geri aldırıb. Əsirlərin azad edilərək dəyişdirilməsi qeyd etdiyim kimi 19-cu postda aparılırdı. Allahverdi qorxub ehtiyyat etmədən onların ərazilərinə keçərək danışıqlarını da aparırdı..
Onun adı gələndə ermənilər qorxur, ehtiyyat edirdilər.
1992 ci il iyunun 12 -sində qızğın gedən döyüşlərdə 3 kəndi azad edəndən sonra növbəti əraziyə texniki maşınla yola düşür.Maşında 4 nəfər də olur.Bunlardan əvvəl bir neçə döyüş maşınının keçib getməsinə baxmayaraq o olan maşın mınadan partlayır və sürücüsü ilə şəhid olur, digər 3 nəfər isə yaralanır.Bu müəmmalı ölüm xəbəri də hamını çooox sarsıdır..Onu Şəhidlər Xiyabanında dəfn olunması üçün qəbir qazırlar.Lakin qardaşını Eldarın yanında Ağdamda dəfn edirlər. Qazılmış qəbirdə isə 3 gündən sonra şəhid olmuş Çingiz Mustafayev dəfn olunur. Allahverdinin vaxtsız ölümü batalyonu başsız qoyur və ermənilər lidersiz ordunu məğlub edərək işğal planlarını həyata keçirirlər..
Unutmayaq ki həmin döyüşlərin əməliyyatların yolu bizi 44 günlük Zəfər müharibəsinə qədər ağır çətin , lakin şərəfli bir yola gətirib çıxardı……
Budur,27 illik ayrılıqdan sonra iki hərbi paltarlı
qadın onun qəbrinə yaxınlaşaraq ağlayır, sonra isə dua tuturlar.
Bəli , bunlar Allahverdinin yolunu davam etdirən qızları –polkovnik leytenant Zümrüd və tibb xidməti kapitanı Arzu Bağırova bacılarıdır.
Ot kökü üstündə bitər demişlər…Onlar bu gün dövlətimizə şərəflə, ləyaqətlə xidmət edirlər. Atalarının yolunu davam etdirdiklərinə görə həm onlar, həm də biz fəxr edir,qürur duyuruq.✊

Nəzakət Kərimova Əhmədova ,


DAMM və SİM İB- nin fəxri üzvü,”Xarıbülbül”Ədəbi Məclisinin sədri, yazar-publisist, AJB-nin üzvü