Unikal mutasiya, qeyri-adi bacarıq: Elm dünyasını çaş-baş qoyan yeni insan irqinin ilk nümayəndəsi

0
84

Yeni insan irqinin ilk nümayəndəsi artıq Yer üzərində gəzir. Nong Yusui adlı uşaq Çinin cənubunda yaşayır və dünyaya neon çalarlı parlaq mavi gözlərlə baxır. Onlar pişik gözləri kimi parlayır və yeni insana qaranlıqda görmə imkanı verir.

“Ulduz oğlan” ləqəbi ilə tanınan Nonq Yusui yeni insan irqinin ilk məlum nümayəndəsi hesab edilir.

Bildirilib ki, qeyri-adilik ilk olaraq Nonqun atasının diqqətini cəlb edib, çünki Çində mavi göz rəngi çox nadir hallarda rast gəlinir. İlk oftalmoloji müayinə heç bir patologiya aşkar etməyib, lakin bir il sonra daha ətraflı araşdırma oğlanın gözlərində “tapetum” – heyvanlarda gecə görməsindən məsul olan xüsusi hüceyrə növünün olduğunu göstərib. Bu xüsusiyyət bir çox heyvanda olsa da, indiyə qədər insanda qeydə alınmayıb.

Unikal mutasiyaya baxmayaraq, Nonq Yusui heç bir sağlamlıq problemi yaşamır. Onun yeganə xüsusiyyəti fövqəladə qabiliyyətlərindən maksimum istifadə etməyə imkan verən zəif gecə lampası işığında oxumağa üstünlük verməsidir.

Bioloqlar iddia edirlər ki, belə bir mutasiya ayrı-ayrı fərdlərdə yarana bilməz. Ehtimal ki, gecə görmə qabiliyyəti “Ulduz oğlan”ın doğma əyalətinin yeni nəsil sakinlərində daha tez-tez özünü göstərəcək.