Ümid Səlimzadə: “Koronavirusa görə üç mərhələli peyvənd vurulacaq”

0
429

Araşdırmalar göstərir ki, pandemiya 2025-ci ilədək endemiya şəraitində davam edə bilər.

Bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında həkim Ümüd Səlimzadə deyib.

“Yəni koronavirus sönmüş vəziyyətdə qala bilər və əhali üç dəfə peyvəndlənə bilər. Pandemiyanın nə qədər davam etməsi isə peyvənd şirkətlərinin bazara nə qədər peyvənd çıxarmasından və dünya əhalisinin nə qədərinin peyvəndlənməsindən asılıdır. Ən yaxşı ehtimal isə odur ki, peyvəndlənmədən asılı olaraq bu il və gələn il pandemiya davam edə bilər”, – o bildirib.