Son günlər şimal-şərqdən cənuba doğru hərəkət edən soyuq Sibir antisiklonu Azərbaycanda hava şəraitinin dəyişməsinə səbəb olub, ölkənin bəzi ərazilərində şimal-şərq küləyi güclənib.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
“Göyçayda küləyin sürəti 21, Tərtər, Qəbələ, Ağdam, Naftalanda 20, Şəki və Daşkəsəndə isə 18 m/san-dir. Bakıda və Abşeron yarımadasında küləyin sürəti 17 m/san, dənizdə dalğanın hündürlüyü 2 metrə çatıb”, – U.Tağıyeva deyib.
O qeyd edib ki, hazırda Quba, Qusar, Altıağac, Gədəbəy və Daşkəsən rayonlarında qarın yağması müşahidə olunur.