Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş”Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” adlı konsert proqramı təşkil edilib

0
203

10 may 2023-cü il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzinin və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qəbələ şəhərinin mərkəzi meydanında mədəniyyət işçilərinin və respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş konsert proqramı təşkil edilib.

Konsert proqramında Mədəniyyət Mərkəzinin “Çinar” instrumental ansamblı, “Gülbuta”, “Gülüstan” folklor kollektivləri və Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış etmişdir.

Təranə Alməmmədova

Xarıbülbül Ədəbi Məclisinin, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ regional nümayəndəliyinin rəhbəri