Günay İbrahimli və Ceyhun Əliyev 14 fevral Sevgililər Gününə özəl duet ifa edib.
“Can parəm” adlı mahnının söz və musiqisi Ceyhuna məxsusdur.
İfaçılar bildiriblər ki, bundan öncə ifa etdikləri duetlər dinləyicilər tərəfindən sevilib və hitə çevrilib. İllər sonra isə yenidən bir araya gələrək sevgililərə öz hədiyyələrini təqdim ediblər.