Ulduz mənşəli ən böyük qara dəlik aşkar edildi

0
90

Astronomlar Yerin də daxil olduğu Süd Yolu Qalaktikasında ulduz mənşəli ən böyük qara dəliyi aşkar ediblər.

Günəşdən 33 dəfə böyük olan “Gaia-BH3” adlı qara dəliyə Avropa Kosmik Agentliyinin (ESA) Gaia missiyası London Universitet Kollecinin (UCL) tədqiqatçıları ilə əməkdaşlıq edərək nail olub.

Yerdən 2 min işıq ili uzaqda olduğu təsbit edilən qara dəliyin birbaşa görünə bilmədiyi və orbitində titrəyən bir ulduz sayəsində kəşf edildiyi bildirilib.

Fransa Milli Elmi Tədqiqatlar Mərkəzindən (CNRS) Pasquale Panuzzo belə bir kəşfin həyatda bir dəfə ola biləcəyini deyib.