Qanuna dəyişiklik edilmədən İsveçrə silahlarının Ukraynaya təkrar ixracı mümkün deyil”.
Bu barədə brifinqdə İsveçrənin BMT-dəki daimi nümayəndəsi Paskal Kristin Berisvil bildirib.
“Biz çoxlu humanitar yardım təqdim edirik, Ukraynadan çoxlu qaçqınlarımız var. Silahların təkrar ixracına gəlincə, hazırda heç bir neytrallıqdan söhbət gedə bilməz. Bizdə silah və hərbi materialların ixracı ilə bağlı qanun var və bu qanuna dəyişiklik etmədən həmin silahların təkrar ixracı mümkün deyil”, – Berisvil deyib