Ukraynanın keçmiş prezidenti 10 il azadlıqdan məhrum edilə bilər

0
341

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko 10 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Dünən Ukrayna Baş Prokurorluğu sabiq dövlət başçısını 2018-ci ildə Sergey Semoçkonun qanunsuz olaraq Ukraynanın Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini vəzifəsinə təyin edilməsi ilə bağlı cinayət işində ittiham edib.

Poroşenkonun özü ona qarşı başladılan cinayət işini siyasi sifariş adlandırıb.