Ukraynanın işğal olunmuş ərazilərində iki minə yaxın azərbaycanlı qalıb – VİDEO

0
224

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gün səhər saatlarından etibarən paytaxt Kiyevə və bir sıra vilayətlərə Rusiya ordusu tərəfindən dron hücumları olunub. Atılan dronlar İrana məxsus olub. Hücumların 95 faizi Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən dəf edilib. 

O qeyd edib ki, cəbhədə vəziyyət gərgin olaraq qalır.

M.Aslanov əlavə edib ki, Ukraynanın işğal olunmuş ərazilərində – Luqanks, Donetsk və Zaporojye ərazilərində iki minə yaxın azərbaycanlı qalıb.

Ətraflı videonu təqdim edirik: