Ukraynanın ən yaxşı qorunan xətti yarıldı: indi nə baş verəcək?

0
80

Donetsk vilayətinin Pokrovsk şəhəri Ukraynanın ən mühüm dəmir yolu təchizatı marşrutlarının kəsişməsində yerləşir. Şəhər Uqledardan bölgənin şimalına qədər Ukraynanın müdafiə təchizatı xəttinin əsasını təşkil edir.

Bunu DW-yə Avstriya ordusunun zabiti, polkovnik Markus Reyzner deyib.

Onun sözlərinə görə, Rusiya qüvvələrinin bu ərazidə sürətlə irəliləməsi Avdiv şəhərinin alınmasından sonra mümkün olub.

Avdiv qala idi, fevraldan bu funksiyanı Pokrovsk öz üzərinə götürüb. Ancaq indi ruslar iki müdafiəni yardıqdan sonra bu sonuncu, ən yaxşı qorunan xəttə yaxınlaşırlar.

Şəhər ətrafındakı çətin hərbi vəziyyət qismən onunla bağlıdır ki, ruslar qovşağı zədələdikləri üçün şəhərin özünü nəzarətə götürməyə ehtiyac duymurlar. Artilleriyanın təchizat yollarına nəzarət etmək üçün şəhər ətrafında mövqe tutmaq kifayətdir.

Alman hərbi analitik Qustav Qressel rusların Pokrovsk və onun logistikasını yerlə-yeksan edəcəyinə şübhə etmir. Mümkün olan ən pis ssenari Rusiyanın Donetski tamamilə işğal etməsi ola bilər.

Kiyev Kursk əməliyyatında Ukraynada cəbhənin çətin hissələrinin müdafiəsini gücləndirə biləcək xeyli sayda hərbi personaldan istifadə edir.

“Təəssüf ki, Kursk əməliyyatı Rusiyanın Donbasdakı əməliyyatlarına birbaşa və böyük təsir göstərmir”, – Reyzner bildirib.

Kreml Donbasda yerləşdirilən təcrübəli qoşunların yalnız bir hissəsini Kurska köçürüb. Bununla belə, Qressel əmindir ki, Kursk hücumu hələ də öz potensialını tükəndirməyib.

“Bəli, Kursk qumardır. Bu, əhəmiyyətli hərbi riskləri ehtiva edən əməliyyatdır. Amma problem ondadır ki, bütün digər variantlara baxsanız, onlar da önəmli siyasi risklər ehtiva edir”, – ekspert vurğulayıb.

Analitiklərə görə, rus qoşunlarının irəliləməsini ləngitmək üçün bu ərazidə cənub cinahı formalaşdırmaq lazımdır. Yəni Ukrayna Silahlı Qüvvələri nə qədər irəliləsə, Kreml bir o qədər Donbasdan resursları çıxarmağa və onları Kurska köçürməyə məcbur olacaq. Amma hazırda Rusiya bütün qüvvələrini Pokrovska yönəldir. Ekspertlərin fikrincə, ruslar Pokrovsku götürüb ilin qələbəsi kimi qələmə vermək istəyirlər. Bundan sonra Kursku geri almaq üçün əsas qüvvələri bura yönəldə bilərlər. Həmçinin analitiklər hesab edirlər ki, Pokrovsk ələ keçsə, Rusiya Donetskin işğalını tamamlamaq üçün böyük fürsət yaxalayacaq.