Ukraynanı qorumağın ən asan və ən ucuz yolu açıqlanıb.
Bunu Danimarkanın Baş naziri Mette Frederiksen Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən bildirib:
“Gəlin dürüst olaq: Ukraynaya verə biləcəyimiz ən yaxşı xəbər NATO-ya üzvlükdür. Bu, Atlantikanın o tayındakı ölkələri qorumağın ən ucuz və ən asan yoludur”.
Baş nazir bir neçə dəfə qeyd edib ki, “bəzi böyük müttəfiqlər” Ukraynanın ittifaqa qoşulmasının tərəfdarı deyillər.