Ukraynalılara qucaq açan bu ölkə onlardan üz döndərdi: Geri qayıtsınlar!

0
62

Niderland Azadlıq Partiyasının lideri Geert Vilders ukraynalı qaçqınlara Avropa İttifaqı (Aİ) tərəfindən verilən yaşayış və iş icazələrini uzatmamağı təklif edib. O düşünür ki, belə olarsa, onlar vətənlərinə qayıdar, ölkələrinin müdafiəsi və yenidən qurulmasına kömək etmiş olarlar.

Bu barədə “Dutch News” məlumat yayıb.

“Bazar ertəsi Azadlıq Partiyasının lideribildirib ki, ukraynalı qaçqınların müvəqqəti müdafiəsi, onlara Aİ-də yaşamaq və işləmək hüququ verən müddət ya 2025-ci ilin martından sonra uzadılmamalı, ya da daha tez başa çatmalıdır”, – nəşr yazır.

Vilders qeyd edib ki, Niderlandda artıq “çox sıxlıqdır” və daha çox qaçqını qəbul etməyə imkanı yoxdur.

Eyni zamanda, Ukrayna xaricdə hərbi xidmət keçən vətəndaşlarla bağlı konsulluq xidmətlərinin hərəkətlərini məhdudlaşdırmaq üçün də tədbirlər görüb. Ukrayna vətəndaşları bundan sonra ölkədən kənarda daxili və xarici pasport ala bilməyəcəklər.