“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Paytaxt təmsilçisi ukraynalı yarımmüdafiəçi Dmitri Klyotsu heyətinə qatıb.
24 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. O, “Sabah”da 48 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Dmitri Klyots ötən ilin avqustunda “Keşlə” ilə mövsümün sonunadək müqavilə bağlasa da, bu qış komandadan ayrılıb. O, “Keşlə”də 13 oyuna bir qol vurub.