Ukraynanın mobil operatorlarıdan Rusiyaya zənglər məhdudlaşdırılıb.
Bu barədə Ukraynanın Xüsusi Dövlət Rabitə Xidməti məlumat verib.
“Ukraynanın mobil operatorlarının abonentləri Rusiyaya zəng edə bilməz. Eyni məhdudiyyət sabit xətt telefonlarına da şamil edilir”, – deyə Xidmətin teleqram kanalında bildirilib.
Ukraynada yaxın günlərdə alınmış sim kartların aktivləşdirilməsinə də məhdudiyyət qoyulub.