Ukraynadakı müharibə zamanı həlak olan azərbaycanlıların SİYAHISI

0
304

Ukraynadakı müharibə zamanı həlak olan azərbaycanlıların kimliyi məlum oldu. Adları açıqlanan şəxslərin siyahısını təqdim edirik:

1. 1976-cı il təvəllüdlü Neymət İsmayılov;

2. 1966-cı il təvəllüdlü Rəhim İsmayılov;

3. 1995-ci il təvəllüdlü Qabil İsmayılov;

4. 1997-ci il təvəllüdlü Camal Salmanov.

Yuxarıda qeyd olunan şəxslər Odessa vilayətindən təxliyə olunan zaman Moldova sərhədinə yaxınlaşarkən maşınları atəşə tutulub.

5. 1987-ci il təvəllüdlü Qoşqar Məmmədov – Xarkovda küçəyə çıxan zaman öldürülüb.

6. 1978-ci il təvəllüdlü Elnur Əmrahov – Çerniqov vilayətində könüllü kimi məktəbdə xəsarət alanlara kömək edərkən partlayış nəticəsində həlak olub.

7. 1984-cü il təvəllüdlü Arzu Süleymanov – Çerniqov şəhərində avtomobilinin üzərinə raket düşüb.