Ukrayna hakimiyyəti iyulda seçki keçirməyi planlaşdırmır.
Bu barədə BBC öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, bu məsələ ilə bağlı görüş keçirilməyib və heç kimə iyulda seçkilərin təşkili ilə bağlı göstəriş verilməyib.
Xatırladaq ki, martın 30-da Böyük Britaniyanın “The Economist” jurnalı Ukrayna hökumətindəki mənbəyə istinadən ölkədə iyulda prezident seçkilərinin keçirilə biləcəyi barədə xəbər verib. Jurnalın mənbəsi iddia edib ki, Ukrayna lideri Vladimir Zelenski rəqiblərinin qısa müddətdə effektiv kampaniya qura bilməyəcəkləri ümidi ilə seçkiləri gözlənilmədən elan edəcək. Hətta ötən həftə Zelenskinin öz ofisinə atəşkəs əldə edildikdən sonra səsvermənin təşkili ilə bağlı işə başlamağı tapşırdığı iddia olunub.